Onlayn ictimai-siyasi qəzet
İsrail öz məqsədlərinə nail ola bilmədi və İrana qarşı təcavüzünün dəhşətli bədəlini ödədi.
Musavat.com xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian ölkə xalqına müraciətində deyib.
İran prezidentinin mətbuat xidməti tərəfindən yayılan mətndə deyilir: "Təcavüzkar düşmən İrandakı obyektləri dağıtmaq və nüvə tədqiqatlarını dayandırmaq, ölkədə sosial iğtişaşlar yaratmaq kimi məqsədlərinə nail ola bilməyib". Pezeşkianın sözlərinə görə, İran Silahlı Qüvvələrinin cavab zərbələri nəticəsində İsraildəki dağıntıların miqyası dünyaya nümayiş etdirdi ki, “İran kimi böyük ölkəyə qarşı bu avantüranın qiyməti dəhşətli olub”.
İran bütün qonşu ölkələrlə dinc yanaşı yaşamağa inanır və dost olmayan dövlətlərin regionda nifaq salmaq cəhdlərinə birgə müqavimət göstərməyə ümid edir: “Mən həmçinin qonşu ölkələrə və bütün regiona bəyan edirəm ki, biz Yaxın Şərqdə dinc birgəyaşayış və sabitliyə dərindən inanırıq və İranın nüfuzu və müdafiə qüdrəti həmişə müsəlman qardaşlar və tarixi qonşular arasında sülh və dostluğa xidmət edib və xidmət edəcək. Bizim ümumi müdrikliyimiz və tədbirliliyimiz aramızda nifaq salmaq istəyən düşmənlərin planlarını alt-üst edəcək”.
Musavat.com
25 Iyun 2025
24 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ