Onlayn ictimai-siyasi qəzet
“Ermənistan kommersiya banklarına olan borclarının hökumət tərəfindən ödənilməsini istəyən Qarabağ ermənilərinin hamısı bank sirrinin açıqlanmasına razı olmalıdırlar”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş sazişi” fraksiyasının üzvü Vahan Aleksanyan parlamentdə 2023-cü il dövlət büdcəsinə dəyişikliklərin müzakirəsi zamanı deyib.
“Əgər Ermənistan Respublikasının vətəndaşları kreditlərini qaytarırlarsa, o zaman min dəfə üzr istəyirəm, hansı bank sirrindən söhbət gedir? Bank sirrini saxlamaq istəyənlərin hamısı kreditlərini özləri ödəməlidir. Kreditini Ermənistan Respublikası vətəndaşları və hökuməti hesabına ödəməsini istəyənlər bank sirrinin açıqlanmasına dair müqavilə imzalamalıdırlar. Əks halda onların (Qarabağ ermənilərinin) borclarını ödəməyə ehtiyac yoxdur”, - deyə o bildirib.
Erməni deputat bank sirrini təkbaşına işləyib kredit ödəyənlər üçün imtiyaz hesab edir.
“120 min dram maaş alan və 20 min dram vergi ödəyən Ermənistan vətəndaşının vəsaitlərinin hara getdiyini bilmək hüququ var. Təklif edirəm ki, bu fürsətdən istifadə edəcək şəxslərin siyahısı dərc edilsin. Bütün kreditlər mümkün qədər ciddi şəkildə yoxlanılmalıdır. Əgər bir şəxs Qarabağda 1-2 milyard dram dəyərində daşınmaz əmlakını itiribsə (borc götürüb), amma İrəvanda 5 milyard dramlıq tikinti işləri aparırsa, bəlkə də onun kreditlərini bağlamağa dəyməz”, - deyə Vahan Aleksanyan qeyd edib.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ