İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın oğlu niyə döyüldü- ŞOK DETALLAR

Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan baş nazirin oğlu Aşot Paşinyana hücum edildiyini bildirib.

Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir. Simonyan hadisənin təfərrüatlarını açıqlamayıb, sadəcə bildirib ki, bu, dövlət məmurlarına və onların yaxınlarına qarşı törədilən silsilə təxribatlardan biridir.

A.Simonyan parlamentdə “Daşnaksütyun” partiyasının üzvü, “Hayastan” blokunun deputatı Mher Saakyanın dövlət-hüquq məsələləri üzrə komissiyanın rəhbəri Vladimir Vardanyanı, sonra isə İrəvanın mərkəzində Daşnaksütyun partiyasının digər nümayəndəsini vurması hadisəsini xatırladıb.

“Bu, bir sıra mütəşəkkil təxribatlardır, izləri, əminəm ki, ölkə hüdudlarından kənarda da var. Lakin hüquqi-siyasi qiymətlər özünü çox gözlətməyəcək. Ermənistan demokratik dövlət kimi qalacaq və inkişaf edəcək, olacaq. regionumuzda əmin-amanlıqdır”, - spiker sosial şəbəkədəki hesabında yazıb.

Maraqlıdır ki, Ermənistan polisi Paşinyanın döyüşlməsi barədə məlumat almadıqlarını açıqlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Sentyabr 2024

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR