Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan İrəvanın öz ərazisindən "koridor" verməsi ilə bağlı yayılan bəyanatları şərh edib.
Musavat.com xəbər verir ki, o, bu barədə "Facebook" səhifəsində yazıb.
Baqdasaryanın sözlərinə görə, Ermənistanın bu məsələdə razılaşdığı və ya razılaşacağı barədə yayılan bütün məlumatlar həqiqətə uyğun deyil.
O qeyd edib ki, Ermənistanın mövqeyi baş nazir Nikol Paşinyanın bu ilin 16 iyul tarixində keçirdiyi mətbuat konfransında açıq şəkildə və şübhəsiz ifadə olunub:
"Burada başqa məntiqdən söhbət gedə bilməz".
Musavat.com
08 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ