İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bugünkü yeni tarixin başlanğıc səhifəsini 27 sentyabr 2020-ci ildə Prezident İlham Əliyev açdı”

“Cənubi Qafqazın həyatı üçün tarixi bir gündür. Çünki Cənubi Qafqaz tarixən müharibələrin davam etdiyi bir region olub. O cümlədən Cənubi Qafqazda baş verən əksər müharibələr bu regiona aid olmayan qüvvələr tərəfindən qızışdırılıb, aparılıb. Əziyyət çəkən isə bu regionun xalqları olub”.

Musavat.com xəbər verir ki, bu sözləri deputat Azər Badamov deyib.

badam.jpeg (279 KB)

“Kənar qüvvələr regionumuzun xalqlarını üz-üzə qoymaqla aralarında ədavət salmağa çalışıblar. Çünki bu region coğrafi baxımdan kənar güclər üçün həmişə maraqlı olub. Bu gün isə yeni tarixin başlanğıcı qoyulur. Bugünkü yeni tarixin başlanğıc səhifəsini 27 sentyabr 2020-ci ildə Prezident İlham Əliyev açdı. Artıq 5-ci ildir ki, regionumuzun xalqları yeni bir kitabın səhifələrini açır və gələcəyə böyük ümidlərlə baxır. O ümidlər ki, müharibələrə yox, əməkdaşlıq və inkişaf üzərində qurulub.

Azərbaycan xalqının hərb meydanında yaratdığı yeni reallıq bu gün Vaşinqtonda masa arxasında sənədlərlə təsdiq olunur”, - millət vəkili qeyd edib.

Cavanşir ABBASLI
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR