İnsanlara hürriyət, millətlərə istiqlal!

“ABŞ-da Qafqazdakı üçyüzillik Rusiya varlığının sonuna rəsmi sənədlə imza atılır”

Hazırda dünyanın diqqəti Amerikadadır. Bu gün gecə saatlarında Ağ Ev sahibi Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla üçtərəfli görüş keçirəcək. Görüşə saatlar qalmış Vaşinqtonda hansı nəticələrin əldə olunacağı barədə ən müxtəlif versiyalar səsləndirilir, proqnozlar irəli sürülür.

“Bu gün ABŞ-da Qafqazdakı üçyüzillik Rusiya varlığının sonuna rəsmi sənədlə imza atılır. Cənubi Qafqazda Türkiyə və İngiltərə-ABŞ ittifaqı birgə və yeni geosiyasi nüfuz dairəsi inşa edəcəklər”.

Musavat.com xəbər verir ki, bu fikirləri politoloq Sahib Kərimli səsləndirib.

O, fikirlərinə bu cür davam edib:

“Zəngəzur koridoruna “Tramp yolu” deyiləcək. Türkiyə və Naxçıvanla Azərbaycan və Orta Asiyanı “Tramp körpüsü” birləşdirəcək. Rusiya və İran arasındakı yol ilə, Cənubi Qafqaz kəsişməsiylə “Tramp körpüsü” kəsişəcək.

Bir neçə gün sonra Ukraynadakı müharibəni də Tramp dayandıracaq. Nobel Sülh Mükafatı da istəyəcək. Bu mükafat veriləcək və siyasət tarixinə Tramp prinsipləri düşəcək. Birinci Dünya müharibəsindəki sülh danışıqlarında ABŞ prezidenti Vilsonun prinsipləri də tarixə belə düşüb”.

Cavanşir ABBASLI
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR