Onlayn ictimai-siyasi qəzet
Bu gün Ermənistanın baş naziri Nikol Paşinyanın korteji keçən yolda təxribat törədilib. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, vətəndaşlardan biri Respublika günü münasibətilə Sardarapat abidəsini ziyarətə gedən Nikol Paşinyanı qışqıraraq təhqiramiz şüarlarla qarşılayıb. Müxalif saytlar hətta gözlənilməz insidentin ilk saniyələrində polislərdən birinin əlini çaşıb silaha atdığını da yazıb.
"Bir müddət əvvəl Paşinyanı müşayiət edən kortej “Nikol, satqın!” şüarı ilə qarşılanıb. Daha doğrusu yol qırağında dayanıb kortejə baxan vətəndaşlardan biri elə polislərin yanındaca qışqırmağa başlayıb. Bu da ilk baxışdan ciddi təxribat kimi qəbul olunub. Lakin şüarlar səsləndirən həmin vətəndaşa qarşı güc tətbiq edilməyib. O saxlanılaraq polis bölməsinə aparılıb", - saytlar yazıb.
07 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ