Onlayn ictimai-siyasi qəzet
“Gerbin dəyişdirilməsi məsələsi aktualdır, bu istiqamətdə düşünmək lazımdır, lakin hazırda konkret işçi heyət yaradılmayıb”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözləri Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan yerli jurnalistlərlə söhbətində deyib.
“Biz dəyişdirilməsi lazım olan problemlər haqqında düşünməliyik. Mən sahəyə rəhbərlik edən bir nazir kimi peşəkarları dinləməliyəm, çünki bu, çox həssas məsələdir. Bununla bağlı ətraflı düşünmək lazımdır”, - deyə nazir bildirib.
Andreasyanın sözlərinə görə, ekspert qrupu 5 il əvvəl işə başlayıb, indi bu prosesə qayıtmaq lazımdır.
“Biz öz tariximizdən əl çəkmirik, sadəcə olaraq, indiki dövrlə necə ayaqlaşa bildiyimizi göstərməliyik. Dövlətin rəmzləri bugünkü dövləti əks etdirməlidir”, - deyə o vurğulayıb.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ