Onlayn ictimai-siyasi qəzet
“Biz deyəndə ki, sülh müqaviləsi üzrə danışıqlar əngəlsiz olmalıdır, bu o deməkdir ki, Aİ missiyasının protokolları öz işini görəcək, hər bir sənədin öz dəyəri var”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik daimi komissiyasının sədri, Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasından olan deputatı Andranik Köçəryan deyib.
Erməni deputat Ermənistanın imkan daxilində bu protokollardan istifadə edəcəyini vurğulayıb. “BMT qətnamələri qəbul ediləndə biz onların əhəmiyyətini lazımınca qiymətləndirmədik. Lakin 44 günlük müharibədən sonra məlum oldu ki, bu qətnamələr olan yerdə bizim tərəfdarlarımız yoxdur”, - deyə Köçəryan qeyd edib.
Deputat müxalifətin Brüssel görüşü və buna bənzər görüşlərin Rusiya və Azərbaycanı eskalasiyaya sövq etməsi ilə bağlı açıqlamalarını müxalifətin istəyi adlandırıb.
“Belə bir gərginlikdən söhbət gedə bilməz. Görüşdən sonra gərginlik ocağı haqqında lazım olduğundan daha çox danışırıq”,-deyə o bildirib.
Musavat.com
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ