İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın arvadı erməni diplomatları TƏHQİR ETDİ: Ermənistan XİN isə...

Ermənistan Xarici İşlər Nazirliyi Anna Akopyanın diplomatlara ünvanladığı təhqiramiz epitetlərini şərh etməkdən imtina edib.

Nikol Paşinyanın həyat yoldaşı erməni diplomatik korpusunu tənqid edən qalmaqallı mətn dərc edib.

Fevralın 11-də Akopyan sosial şəbəkələrdə erməni diplomatlarını böyük komplekslərə malik insanlar kimi təsvir edib.Qeyd edək ki, bir neçə gün sonra onun nəşri silinib və ya girişi məhdudlaşdırılıb.

Ermənistan Xarici İşlər Nazirliyi baş nazirin həyat yoldaşı Anna Akopyanın diplomatlara ünvanladığı təhqiramiz ifadələri şərh etməkdən imtina edib.

"İstənilən sorğuya cavab yalnız qaldırılan mövzunu və sitatları təsdiqləyən ilkin mənbə olduqda verilir", - XİN-dən bildiriblər.

Xatırladaq ki, bu, A.Akopyanın ilk qalmaqallı bəyanatı deyil. O, 44 günlük müharibə (İkinci Qarabağ müharibəsi) zamanı Ermənistan ordusunda 11 min hərbçinin fərarilik etdiyini açıqlamışdı. Sözügedən açıqlama Ermənistanda geniş rezonansa səbəb olmuşdu./Milli.Az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR