Onlayn ictimai-siyasi qəzet
İsrailin xarici işlər naziri İsrael Katz Belarus prezidenti Aleksandr Lukaşenkonu yəhudi korrupsioner məmurları haqqında söylədiyi sözlərə görə antisemitizmdə ittiham edib. Musavat.com xəbər verir ki, bu barədə müvafiq materialı JNS agentliyində dərc edilib.
Xarici işlər naziri deyib ki, Lukaşenkonun respublikada korrupsiya ilə məşğul olan yəhudilər haqqında bəyanatları qəbuledilməz və antisemitizmdir. Bundan əlavə, Katz vurğulayıb ki, insidentlə bağlı İsrail Xarici İşlər Nazirliyinin Avrasiya Bürosunun rəhbəri Yuval Fuks Belarusun İsraildəki səfiri Yevgeni Vorobyova etiraz notası verib.
Musavat.com xatırladır ki, iyunun 14-də Nazirlər Sovetinin (Kabinetinin) iclasında etdiyi çıxışında Belarus prezidenti sovxozlara və kolxozlara ət və süd ödənişlərinə görə borcun yığıldığında şikayətlənib. Prezident tələb edib ki, avqustun 1-dək kəndlilərə olan borclar mütləq ödənməlidir. “Sizə xəbərdarlıq edirəm: avqustun 1-də nə süd, nə də ət üçün kəndlilərə, kolxozlara, sovxozlara borc olmamalıdır. Fırıldaqçılardan oğurladığınız pulları götürün, tədarük olunan məhsulun müqabilində kəndlilərə verin”, - deyə o, Nazirlər Sovetinin rəhbərliyi ilə görüşdə bildirib.
Belarus prezidenti məmurları arasında aşkar edilmiş korrupsiya faktlarından danışarkən, saxlanılan 30 nəfərdən yarıdan çoxunun milliyyətcə yəhudi olduğunu söyləyib. “Bağışlayın, mən antisemit deyiləm, amma bu, bizim xüsusi, imtiyazlı bir mövqeyə sahib olduğumuzu və hər kəsin gələcəyini düşünmədiyini göstərir. Həm yəhudilər, həm belaruslar, həm ukraynalılar, həm ruslar, həm də polşalılar qanun qarşısında eynidir”, - Lukaşenko deyib.
JHS agentliyi iddia edir ki, Belarus prezidenti dəfələrlə antisemit xarakterli bəyanatlar verib. Buna misal olaraq 2017-ci ildə Lukaşenkonun “yəhudiləri dərin yəhudi əlaqələri olan tarixi Belarus şəhəri Bobruiski “donuz tövləsinə” çevirməkdə ittiham etdiyi bəyanatı göstərir. Bildirilir ki, Belarus prezidenti dəfələrlə antisemit xarakterli bəyanatlar verib. Belarus rəsmiləri İsrialin reaksiyasını hələ şərh etməyiblər.
Yada salaq ki, bugünlərdə Ermınistanın baş naziri də Belarus liderinə əssasız hücum etmişdi.
Musavat.com
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ