İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyandan ŞOK TAPŞIRIQ: “Onu əzin!”

Ermənistanın həbsdə olan keçmiş müdafiə naziri David Tonoyan bu gün 44 günlük müharibənin nəticələrinin araşdırılması üzrə parlament komissiyasında çıxış edəcək.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, komissiyanın iclasında hakim “Vətəndaş sazişi” fraksiyasının deputatları David Tonoyanı “tam silahlı qarşılamağa” hazırlaşıblar.

“Joxovurd” qəzetinin məlumatına görə, onlara sabiq naziri suallarla “bombalamaq” tapşırılıb.

“Təhqiqat komissiyasının bugünkü iclasına qədər Paşinyanın partiyasının deputatları artıq bir neçə dəfə görüşərək iclaslar keçirib və lazımi göstərişlər alıblar. Partiyadakı qaynaqların dediyinə görə, göstərişi birbaşa Nikol Paşinyan verib. Demək olar ki, bütün suallar əvvəlcədən yazılıb və deputatlara verilib. Parlament üzvlərinə sadəcə olaraq keçmiş müdafiə nazirinə sərt tonla müraciət etmək əmr olunub. Araşdırma komissiyasının sədri Andranik Köçəryan da öz növbəsində “Vətəndaş sazişi”nin deputatlarını David Tonoyanı suallarla əzmək, kəskin suallar vermək üçün xüsusi şəkildə təlimtlandırıb. Komissiyanın iclasının bir hissəsinin açıq, digər hissəsinin isə qapalı, gizli rejimdə keçiriləcəyi gözlənilir”, - deyə qəzet yazır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR