Onlayn ictimai-siyasi qəzet
“Bu il biz siyasi qüvvələrimizi birləşdirib, erməniləri ayağa qaldırıb bu anti-milli hakimiyyəti aradan qaldıracağıq”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu İrəvanın keçmiş meri Albert Bazeyan jurnalistlərlə söhbətində deyib.
Qeyd edək ki, Bazeyanın, Arşak Karapetyan və arxiyepiskop Mikael Acapaxyanın yeni siyasi hərəkat yaratdığı barədə yerli mediada xəbərlər çıxır. Burada Masis rayonunda “Vətənin sadiq keşikçiləri” adlı gənclər təşkilatının əsas rol oynadığı bildirilir. Yeni birliyin “Ümumerməni birlik şurası” adlandırıldığı qeyd olunur.
Musavat.com
24 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ