Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyana çətir atan qadın saxlanılıb.
Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir.
İstintaq Komitəsinin məlumatında bildirilir ki, qanuni rəsmi və ya siyasi fəaliyyətə müdaxiləyə cəhd maddəsi ilə iş açılıb. Qurum iddia edir ki, 47 yaşlı qadın baş nazirə qarşı zorakılıq tətbiq etməyə çalışıb və bundan əvvəl o, polisin qanuni tələblərinə tabe olmayıb. Hadisənin baş vermə şəraitinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.
Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan mediaya müsahibəsində bildirib ki, sözügedən qadın komitədədir.
Xatırladaq ki, Nikol Paşinyan səhər saatlarından Vayots Dzor bölgəsindədir. Hadisə bölgənin Malışka kəndində baş verib.
Musavat.com
22 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ