Onlayn ictimai-siyasi qəzet
Məhkəmənin qərarı ilə (barışma müqaviləsi ilə) Admiral İsakov, 25/2 ünvanında yerləşən ümumi sahəsi 34,76 kv.m olan ictimai ərazi və 2,1 hektar icma dəyərli torpaq sahəsinin dəyərində vəsait dövlətə qaytarılıb.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Facebook səhifəsində yazıb.
Paşinyanın sözlərinə görə, həmin ərazilərin ümumi dəyəri təqribən 3,8 milyard dram (9 milyon 525 ABŞ dolları) olub.
Ermənistan baş nazirinin bunu “böyük qələbə” kimi təqdim etməyi yerli mediada tənqid olunur.
Musavat.com
09 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ