İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan yenə Rusiyanı ittiham etdi

“Kifayət qədər uzun müddətdir ki, Rusiya Federasiyası Azərbaycanla Ermənistan arasında bərabərhüquqlu siyasət aparır. Məhz Rusiya Federasiyası regionumuzda münasibətlərin şaxələndirilməsi siyasətinə başlayıb”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin İctimai Televiziyasında britaniyalı jurnalistlərə müsahibəsində deyib.

“Biz müharibəyə hazırlaşmırıq, sülhə hazırlaşırıq, lakin Ermənistanın hücuma məruz qalmayacağına inamı olmadığı üçün biz müdafiəmizi gücləndiririk. Biz sülh gündəmini ardıcıl olaraq təbliğ etməliyik, çünki bu, düşmənçiliyin kökünün kəsilməsinin açarıdır.

Bu proses üç əsas prinsipə əsaslanmalıdır: Suverenliklərin qarşılıqlı tanınması, Alma-Ata Bəyannaməsindən delimitasiya üçün əsas kimi istifadə edilməsi və müvafiq ölkələrin yurisdiksiyasına əsaslanan nəqliyyat marşrutlarının açılması. Bu kontekstdə biz “Sülh kəsişməsi” layihəmizi təklif edirik”, - o qeyd edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR