Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan hesab edir ki, Vaşinqtonda imzalanmış sənədlərin həyata keçirilməsi İran və Rusiya üçün ciddi üstünlüklər yaradacaq.
Musavat.com xəbər verir ki, bu barədə o, “Fox News” telekanalına müsahibəsində danışıb.
“Bu saziş həyata keçirildikdə İran Fars körfəzindən Qara dənizə qədər dəmir yolu infrastrukturuna çıxış əldə edəcək. Rusiya və İran arasında dəmir yolu əlaqəsi yaradılacaq”, – Paşinyan bildirib.
Onun sözlərinə görə, sazişin iqtisadi tərəfi diqqətlə incələndikdə görünür ki, bundan yalnız Azərbaycan, Ermənistan, ABŞ və Türkiyə deyil, həm də Rusiya və İran “çox mühüm və hiss olunan, demək olar ki, indiyə qədər görünməmiş faydalar əldə edəcəklər”.
“Mən bu sənədi beynəlxalq sabitlik və təhlükəsizlik baxımından bütün ölkələrə, o cümlədən beynəlxalq ictimaiyyətə əhəmiyyətli fayda gətirə biləcək çox mühüm razılaşma hesab edirəm”, – Ermənistanın baş naziri vurğulayıb.
Musavat.com
15 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ