Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyanın sədrliyi ilə Ermənistan Təhlükəsizlik Şurasının növbəti iclası keçirilib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, iclasda Təhlükəsizlik Şurasının üzvləri ilə yanaşı, prezident Vaaqn Xaçaturyan, parlamentin spikeri Alen Simonyan və müdafiə nazirinin müavini Karen Brutyan da iştirak ediblər.
İlkin məlumatlara görə, iclasda gündəlikdə duran müxtəlif məsələlər müzakirə olunub.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ