Onlayn ictimai-siyasi qəzet
Polşa Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Rusiyanı tərk etməyi tövsiyə edib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, nazirlik müvafiq bəyanatı öz İnternet saytında yerləşdirib.
Polşa XİN vətəndaşlara “Rusiyaya hər hansı səfərdən çəkinməyi” də tövsiyə edir: “Şəxsi, ailə və ya peşə şəraitinin ölkədə qalmasını tələb etdiyi hallar istisna olmaqla, Rusiyada yaşayan Polşa vətəndaşlarına mövcud kommersiya və şəxsi vasitələrlə onun ərazisini tərk etmələrini tövsiyə edirik. Təhlükəsizlik vəziyyətinin kəskin pisləşməsi, sərhədlərin bağlanması və ya digər gözlənilməz hallar zamanı evakuasiya əhəmiyyətli dərəcədə çətinləşə və ya hətta qeyri-mümkün ola bilər".
Nazirlik bu addımı Rusiyanın Sankt-Peterburq və Kalininqraddakı baş konsulluqlar üçün iş icazəsini ləğv etmək qərarı ilə əlaqədar bu ölkədə Polşa diplomatik və konsulluq işçilərinin sayında davam edən azalma ilə izah edib.
Musavat.com
25 Iyul 2025
24 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ