İnsanlara hürriyət, millətlərə istiqlal!

Kliçko qardaşları Zelenskiyə qarşı aksiyada – Kiyevdə etiraz nümayişləri

Musavat.com xəbər verir ki, Ukraynanın tanınmış simaları – Kiyev meri Vitali Kliçko və qardaşı, keçmiş dünya boks çempionu Vladimir Kliçko prezident Volodimir Zelenskinin imzaladığı yeni qanuna qarşı keçirilən etiraz aksiyasına qatılıblar.

Aksiya Kiyevin mərkəzində baş tutub və əsas tələblərdən biri Milli Antikorrupsiya Bürosu (NABU) və Xüsusi Antikorrupsiya Prokurorluğunun (SAP) müstəqilliyini qorumaq olub.

Tənqidçilərin fikrincə, yeni qanun bu iki qurumun siyasi təzyiqlərdən azad fəaliyyətini məhdudlaşdırır. Kliçko qardaşları da bu narahatlıqları bölüşərək, aksiya iştirakçıları ilə birlikdə “azad və müstəqil antikorrupsiya strukturları”nın vacibliyini vurğulayıblar. 

Lakin bəzi siyasi müşahidəçilər və ictimai rəylər bu cür çıxışların, xüsusilə də savaş şəraitində olan ölkədə, milli birliyə və həmrəyliyə mənfi təsir etdiyini bildirirlər. Ukrayna bu gün yalnız Rusiya işğalına qarşı deyil, həm də informasiya müharibəsi və daxili çəkişmələrlə üz-üzədir. Belə bir zamanda, ölkə rəhbərliyinə qarşı açıq meydan oxumaq və xalq arasında parçalanma yaratmaq, dövlətin dayanıqlığını zəiflədə bilər.

Müşahidəçilər Kliçko qardaşlarının mövqeyini “siyasi məsuliyyətlə uzlaşmayan davranış” kimi qiymətləndirir və milli birliyin qorunmasının hərbi qələbə qədər vacib olduğunu xatırladırlar.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyul 2025

23 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR