İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistan Rusiya almazının idxalını kəskin azaldıb

2025-ci ilin yanvar-may aylarında Rusiyadan Hindistana birbaşa almaz idxalı 45 faiz azalaraq 262,3 milyon dollar təşkil edib. Musavat.com xəbər verir ki, məlumatı Hindistan Ticarət və Sənaye Nazirliyi yayıb. Ötən ilin eyni dövründə Rusiyadan Hindistana 481 milyon dollar dəyərində kobud almaz satılmışdı.

Yalnız may ayında Rusiyanın almaz tədarükü illik müqayisədə 58 faiz azalaraq 17,84 milyon dollara düşüb.

Statistikaya görə, Hindistanın 2025-ci ilin yanvar-may ayları üçün ümumi almaz idxalı 7,15 milyard dollar olaraq qiymətləndirilir ki, bu da bir il əvvəlkindən (9,125 milyard dollar) 22 faiz azdır.

Birləşmiş Ərəb Əmirlikləri Hindistana ən böyük brilyant tədarükçüsü olaraq qalır (dəyər baxımından), ondan sonra ABŞ, Honq Konq və Belçika gəlir. Eyni zamanda Honq-Konq tədarük həcminə görə 2022-ci ilə qədər, yəni ABŞ-ın Rusiyanın ALROSA şirkətinə qarşı sanksiyaları tətbiq etməsindən əvvəl Rusiyadan geridə idi.

Beş ay ərzində BƏƏ-dən almaz idxalı illik 11 faiz azalaraq 3,65 milyard dollara, Honq Konqdan 27 faiz azalaraq 822,5 milyon dollara düşüb. Belçikadan tədarüklər 2 faiz azalaraq 1,014 milyard dollar təşkil edib.

Rusiyanın Hindistana birbaşa almaz idxalı 2024-cü ilin aprelindən etibarən illik müqayisədə azalmağa başlayıb ki, bu da Rusiyanın almaz məhsullarına qarşı G7 sanksiyalarının qüvvəyə minməsi ilə bağlıdır.

Qeyd edək ki, Hindistan dünyanın ən böyük almaz istehsalçısıdır, bütün almazların 9/10-nu, əsasən kiçik olanları istehsal edir, əsas xammal ənənəvi olaraq rus daşları olub. ABŞ və G7 sanksiyalarının tətbiqindən sonra Rusiyadan birbaşa almaz ixracı çətinləşib. Buna görə də vasitəçi ölkələrdən istifadə olunmağa başlayıb. Bu sxemdə əsas yeri BƏƏ tutur Rusiya xammalının bir hissəsi BƏƏ-yə gedir, orada xırda emaldan sonra Hindistana ixrac olunur. Bu sxemdə vasitəçilərdən biri də Ermənistandır. İrəvan Rusiyadan kobud almazları alaraq bir neçə yerə parçalayıb BƏƏ-yə ötürür. Bu sxemin sayəsində Ermənistanın BƏƏ-yə ixracı 1 milyard dolları keçib.

Kimberley Prosesi hesab edir ki, qlobal istehsalın 29 faizini (dəyər ifadəsində) təmin edən Rusiya 2024-cü ildə 2,62 milyard dollar dəyərində 30,4 milyon karat almaz ixrac edib. Hasilatla məşğul olmayan, lakin qlobal almaz ticarəti mərkəzinə çevrilən BƏƏ 85,7 milyon karat 98 milyard dollarla ən böyük ixracatçı olub.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyul 2025

22 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR