İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Moskvaya getdi- Kreml onun Putinlə görüşünü zəruri hesab edir

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya işgüzar səfərə gedib.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. 

Paşinyan bir gün öncə bildirib ki, sabah Aİİ Ali Şurasının sessiyasına sədrlik etmək üçün Moskvaya gedəcəyəm: "Rusiya Federasiyasının prezidenti ilə ikitərəfli görüşüm olacaq", -deyə Paşinyan qeyd edib.

Məsələ ilə bağlı  Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putin və Paşinyan arasında görüş hər iki tərəf üçün zəruridir və gözləniləndir.

O, Ermənistanın Avrasiya İqtisadi İttifaqında iştirakının dayandırılmasının mümkünlüyü haqqında suala da cavab verib. Bildirib ki, inteqrasiya iştirakçı ölkələrin sürətli inkişafını təmin edir və inteqrasiyanın davam etdirilməsi onların maraqlarına uyğundur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR