İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan: "Mən o sazişi imzalayacam"

Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın suveren ərazisinə son hücumu nəticəsində Azərbaycanın 10 kvadrat kilometr ərazisinin işğal olunduğunu iddia edib.

Musavat.com Armenpress-ə istinadla xəbər verir ki, baş nazir bunu parlamentdə keçirdiyi brifinq zamanı deyib.

O, həmçinin iddia edib ki, 2021-ci il mayın 12-də Azərbaycan tərəfi Ermənistanın 40 kvadrat kilometr ərazisini tutub.

Paşinyan daha sonra deyib: “Mən sülh naminə çətin qərarlar vermək məsuliyyətini öz üzərimə götürdüm. Amma çətin qərarlar Ermənistanın dövlət maraqlarına zidd qərarlar demək deyil. Biz Ermənistan Respublikasının təhlükəsizliyini, davamlı sabitliyini və sülhünü təmin etmək üçün bu qərarları qəbul etməliyik. Biz bu gün elə “sülh müqaviləsi” imzalaya bilmərik ki, bunun nəticəsində 6 ildən sonra yeni müharibə olsun. Biz bir sənəd imzalamaq istəyirik ki, bunun nəticəsində çoxları bizi qınayacaq, çoxları söyəcək, çoxları bizə “satqın” deyəcək, hətta xalq bizi hakimiyyətdən uzaqlaşdırmaq qərarına gələ bilər. Nəticədə, 29,8 min kvadrat kilometr əraziyə malik Ermənistan Respublikası davamlı sülh və təhlükəsizlik əldə edərsə, biz daha da məmnun olacağıq. Bunu təmin edəcək qərarı, çox açıq deyirəm, imzalayacağam. Məni başıma nə gələcəyi maraqlandırmır, məni Ermənistanın başına nə gələcəyi düşündürür”, - baş nazir Paşinyan bildirib.

O, Ermənistanda parlament çoxluğunun olmasından məmnunluğunu ifadə edib və deyib ki, bu, ona bu məsuliyyəti daşımağa imkan verir.

Qeyd edək ki, sentyabrın 13-də saat 00:05-də Azərbaycan və Ermənistanın sərhədində gərginlik yaranıb, tərəflər arasında artilleriya və iriçaplı silahlarla atışma baş verib. Nəticədə hər iki tərəfdən həlak olanlar və yaralananlar olub.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR