Onlayn ictimai-siyasi qəzet
Ermənistan Respublika Partiyasının sədr müavini (sədr Serj Sərkisyandır - red.) Eduard Şarmazanov yenə də baş nazir Nikol Paşinyanı təhqir edib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, E.Şarmazanov bu barədə öz feysbuk səhifəsində yazıb.
Şarmazanov burada Araik Arutyunyanın da bostanına daş atmağı unutmayıb.
“Biri (Paşinyan) mal tövləsinə baş çəkir, digəri isə (Arutyunyan) oturaq aksiya keçirir. Bədbəxtlik. Əgər xəyanətkar-kapitulyanta elə gəlirsə ki, dəvəquşu kimi başını qumda gizlətməklə xilas olacaq, çox yanılır. Əgər belə davam edərsə, o zaman tövlədə türklər üçün “kəsmək üçün yemlənmiş cöngə” statusunda o ola bilər”.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ