İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan katolikosun iqamətgahına yürüş planlaşdırır – Kilsə ilə qarşıdurma dərinləşir  

Ermənistanın baş naziri Nikol Paşinyanın 22 iyulda Eçmiədzində, bütün ermənilərin katolikosu II Qareginin iqamətgahı qarşısında genişmiqyaslı aksiya keçirməyi planlaşdırdığı bildirilir.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın “Qraparak” qəzeti məlumat yayıb. Nəşrin iddiasına görə, tədbirdə mülki geyimli təhlükəsizlik qüvvələrinin əməkdaşlarının da iştirakı nəzərdə tutulub. Onların əsas məqsədi yürüş zamanı vəziyyətə nəzarət etmək, mümkün təxribatların və ya kilsə nümayəndələrinin qarşıdurmasının qarşısını almaq olacaq.

Hələlik Ermənistan hökuməti bu xəbərlə bağlı rəsmi açıqlama verməyib. Lakin bu iddia, Paşinyan hakimiyyəti ilə Apostol Kilsəsi arasında son zamanlar gərginləşən münasibətlərin daha da dərinləşdiyini göstərir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR