İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan İrəvanda istədiyinə nail oldu

İrəvanın yeni seçilmiş Ağsaqqallar Şurasının (Bələdiyyə şurası-red.) iclasında hakim “Vətəndaş sazişi”, “Respublika” və “İctimai səs” fraksiyalarının üzvləri iştirak edir. Qalan müxalif partiyalar iclası boykot ediblər.

Qeyd edək ki, bu üç fraksiyanın Ağsaqqallar Şurasının üzvlərinin ümumi sayı 39 nəfərdir, “İctimai səs” partiyasının iki üzvü – Artak Qalstyan və Tiqran Urixanyan həbsdədirlər.

Buna görə də, fraksiyanın üzvləri üzərlərində həbs olunan üzvlərinin fotoşəkilləri olan köynək geyinərək gəliblər.

Qeyd edək ki, Paşinyanın partiyası bələdiyyə şurasında 24 mandat qazanıb, lakin bu ona mer seçmək üçün istədiyi səsi (33) almağa imkan vermir.

Görünür Paşinyanın dadına “Respublika” partiyasının sədri çatıb. Partiya lideri Artak Zeynalyan mer seçkisində hakimiyyətin namizədi Tiqran Avinyanı dəstəkləyəcəklərini açıqlayıb. Yerli mətbuatın xəbərinə görə, Artak Zeynalyan İrəvan şəhər merinin müavini vəzifəsini tutacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR