İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan İlham Əliyevin şərtini qəbul ETDİ

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin yeni Konstitusiyaya ehtiyacı olduğunu bildirib.

Bu barədə baş nazirin ölkənin Konstitusiya Günü münasibətilə müraciətində deyilir.

“Hazırkı konstitusiya vətəndaşlar arasında ciddi sosial-psixoloji gərginlik yaradır. Məlum şəraitə görə, bu gün Ermənistan vətəndaşları mövcud konstitusiyaya hakim elitanın yaratdığı və həyata keçirdiyi sənəd kimi baxırlar”, - baş nazir bildirib.

Paşinyan qeyd edib ki, əsas problem təkcə konstitusiyada yazılanlarda deyil, həm də onun necə qəbul edildiyindədir.

Xatırladaq ki, Prezident İlham Əliyev Ermənistanın hazırkı konstitusiyası dəyişməz qaldığı halda, Ermənistanla Azərbaycan arasında sülh sazişinin bağlanmasının mümkün olmadığını deyib. (redaktor.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR