İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan: "Həm bizim, həm də azərbaycanlıların problemli ərazi barədə ümumi təsəvvürləri var"

Tex (Dığ) kəndi yaxınlığındakı 5 km-lik “problemli ərazi”nin 1,4 km-i artıq düzəldilib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistab baş naziri Nikol Paşinyan parlamentdə jurnalistlərlə keçirdiyi brifinqdə danışıb.

"Bizim (Ermənistanın-red.) 11 km uzunluğunda (Tex kəndi yaxınlığında) bir hissəmiz var. 5 km-lik hissəni problemli hesab edirik. Bu günə kimi "problemli hissə" 1,4 km azalıb. Sərhəd sahəsi bu seqment üzrə dəqiqləşdirilib. Bu o deməkdir ki, bizim və azərbaycanlıların sərhədlərimizin keçdiyi həmin nöqtə haqqında ümumi təsəvvürləri var. Burada Azərbaycan və Ermənistan sərhədçiləri həmin nöqtələrdən müəyyən məsafə aralığında yerləşəcəklər”, - deyə Paşinyan bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR