İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Ermənistanın yeni konstitusiyasından danışdı

“Komissiya uzun müddət konstitusiya konsepsiyası üzərində işləyib və hazırda konstitusiya konsepsiyası hazırdır”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib.

“Mən konstitusiya konsepsiyası ilə tanış oldum və nəticədə belə qənaətə gəldim ki, Ermənistan Respublikasının yeni konstitusiyaya ehtiyacı var. Hələ 2020-ci ilin fevralında konstitusiya referendumu keçirilməli idi, koronavirus epidemiyası səbəbindən təxirə salındı. Lakin konstitusiyaya dəyişikliklərin mövcud konsepsiyası hazırda aktuallığını itirib. Hazırda konstitusiyanın yeni konsepsiyası yoxdur: mətn yoxdur, sadəcə bu mövzu və mənim təklif etdiyim siyasi gündəmlə bağlı məsələlər var. Yeni konstitusiya ilə bağlı referendum nə vaxt olacaq? Mən və komandam Ermənistan xalqının buna kifayət qədər hazır olduğunu hiss etdikdə”, - deyə Paşinyan qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR