İnsanlara hürriyət, millətlərə istiqlal!

“Paşinyan Ermənistanı türk vilayətinə çevirir” - İDDİA

“Hakimiyyət Ermənistanı türk vilayətinə çevirmək üçün hər şeyi edir”.

Musavat.com xəbər verir ki, bu barədə erməni deputat, daşnak siyasətçi Qarnik Danielyan Yerablur hərbi panteonunda jurnalistlərlə söhbətində bildirib.

“Paşinyan hakimiyyəti “itaətkarlıqla” Qarabağı verib, Tavuş bölgəsinin bir hissəsini təslim edib və bu prosesi davam etdirir. Bu məntiqlə hakimiyyət sonda “Yerevanın” İrəvan olduğunu bəyan edəcək.

Bütün dünya Paşinyanın “erməni soyqırımı” (qondarma - red.) ilə bağlı dediyi sözlərə çaşqınlığını dilə gətirir. O, bu faktı şübhə altına aldıqdan sonra Türkiyənin tezislərini təkrarlayır. Bütün dünyanın qarşısında özümüzü rüsvay edirik. Bu gün biz erməni olaraq qalmaq üçün Ermənistanda döyüşməyə məcburuq”, - deyə Danielyan qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR