İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan əleyhinə hərəkatının lideri Ermənistandan getdi - Xanımı ilə birlikdə

Ermənistanın "Müqavimət" hərəkatının liderlərindən biri, “Vətən” partiyasının sədri və Milli Təhlükəsizlik Xidmətinin (MTX) keçmiş rəhbəri Artur Vanetsyan gözlənilmədən xaricə gedib. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

İrəvanda bir gündə beşinci siyasi həbsBildirilir ki, Almaniyaya uçan təyyarədə olan Vanetsyanı sərnişinlərdən biri tanıyıb və onun şəkilini çəkərək paylaşıb.

"Vətən" partiyasının rəsmisi Sos Akopyan sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan həmin fotonun yeni çəkildiyini təsdiqləyib. O, keçmiş MTX rəhbərinin sağlamlıqla bağlı problemlə üzləşdiyini deyib.

Qeyd olunur ki, Vanetsyan Avropaya qısamüddətli səfərə gedib. Akopyan onu da vurğulayıb ki, "Komandamız bu günə planlaşdırılan ümummilli mitinqdə iştirak edəcək və Artur Vanetsyan Ermənistana qayıdandan sonra mübarizəni davam etdirəcək".

hghfhfghfghghfghfgfhgfdsasadasd-1653731615.jpg (152 KB)

Ermənistanda bir aydır davam edən vətəndaş itaətsizliyi aksiyaları pik həddə çatıb, İrəvan mitinqlərlə çalxalanır və belə bir mənzərə fonunda müxalifət liderlərinindən birinin Avropada peydə olması müəyyən suallar doğurur. Həmçinin bu gün ona yaxın siyasi həbs reallaşıb ki, bu da müxalifət liderinin ölkədən qaçmasına şübhə yaradıb", - məqalədə yazılıb.

Qeyd edək ki, müxalifət aprelin 25-dən başlayaraq Ermənistanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirir. Müxalifətçilər etirazlarına əsas kimi hakimiyyətin yürütdüyü uğursuz siyasəti göstərirlər. Onlar baş nazirin xarici siyasətinin ölkəni uçuruma sürüklədiyini, xalqı dövlətçiliyin itirilməsi ilə üz-üzə qoyduğunu iddia edirlər. Radikal müxalifətçilər aksiyalarda təxribatçı çağırışlar da edərək Azərbaycan ərazisində mövcud olmuş keçmiş separatçı rejimə qondarma bayraqlarla dəstəklərini ifadə edirlər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR