İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan deputatlarla qapalı görüş keçirib

Ermənistan baş naziri Nikol Paşinyanın hakim “Vətəndaş sazişi” fraksiyasının deputatları ilə 3 saatdan çox davam edən qapalı görüşü başa çatıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, görüş barədə deputat Ovik Ağazaryan məlumat yayıb.

“Nikol Paşinyan Soçi və Tehranda keçirdiyi görüşləri barədə danışıb, deputatların suallarını cavablandırıb. Ümumi qənaət ondan ibarət olub ki, belə görüşlər davam etməlidir, lakin yekun nəticələrdən danışmaq hələ tezdir. Bu görüşdə sülh müqaviləsi müzakirə olunmayıb”, - deyə Ağazaryan bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR