İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan cəmiyyətini qınadı- qavramada problem var

Ermənistan cəmiyyətində tarixi təsəvvürlə real vəziyyət arasındakı fərqin qavranılmasında ciddi ziddiyyətlər mövcuddur.

Musavat.com  xəbər verir ki, bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında səsləndirib.

“Ola bilsin ki, əsas problem dünyanın necə dəyişdiyini anlamaqda çətinlik çəkməyimizdir. Çünki dünya inkişaf edir, lakin biz onu köhnə baxışlarla dəyərləndirməyə davam edirik”, – deyə Paşinyan qeyd edib.

O, misal olaraq Ermənistanın milli himninə toxunaraq vurğulayıb ki, hazırda himnin mətninin dəyişdirilməsi müzakirə mövzusu deyil.

Baş nazir əlavə edib ki, cəmiyyətin şüurunda real Ermənistan anlayışı formalaşmayıb: “Mən belə bir nəticəyə gəldim ki, biz mövcud Ermənistanı həm tarixi keçmişin, həm də real gələcəyin bir nümunəsi kimi qəbul etməliyik. Bundan başqa yol yoxdur”, – deyə Paşinyan bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR