İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu saziş tarixi əhəmiyyətli nailiyyətdir - Tokayev

Azərbaycan və Ermənistan arasında Vaşinqtonda imzalanmış sülh sazişi tarixi əhəmiyyətli nailiyyətdir.

Musavat.com xəbər verir ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev belə hesab edir. 

Prezidentin mətbuat xidmətinin yaydığı açıqlamada qeyd olunur ki, dövlət başçısının sözlərinə görə, Azərbaycan və Ermənistan arasında unikal sazişin imzalanması Azərbaycan və Ermənistan liderlərini tam siyasi iradə və strateji uzaqgörənlik nümayiş etdirməyə inandıra bilən ABŞ prezidenti Donald Trampın enerjili və səmərəli vasitəçilik missiyası sayəsində mümkün olub:

"Sənəd iki dövlət arasında uzunmüddətli hərbi münaqişəyə son qoyub və onlar arasında diplomatik münasibətlərin qurulmasına və davamlı sülh əsasında əməkdaşlığın inkişafına yol açıb" .

Prezident Kasım-Jomart Tokayev qeyd edir ki, Qazaxıstan da sülh müqaviləsinin əsas parametrləri üzrə xarici işlər nazirləri səviyyəsində danışıqların keçiriləcəyi məkan kimi Almatı şəhərini təklif etməklə Azərbaycan və Ermənistan arasında belə mühüm razılaşmaların əldə olunmasına öz töhfəsini verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR