İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Vaşinqton sülhü ilə bağlı xüsusi açıqlama yaydı - RƏSMİ MÖVQE

İran İslam Respublikasının Xarici İşlər Nazirliyi Cənubi Qafqazda baş verən son prosesləri diqqətlə izlədiyini və Azərbaycanla Ermənistan arasında imzalanan sülh sazişini bölgənin sabitliyi üçün mühüm addım kimi qarşıladığını bəyan edib.

Musavat.com-un xəbərinə görə, nazirliyin açıqlamasında bildirilib ki, sülh və sabitlik Cənubi Qafqazın bütün ölkələrinin maraqlarına uyğundur:

“İki ölkə arasında sülh sazişinin yekunlaşdırılması davamlı sülhə nail olmaq yolunda əhəmiyyətli addımdır”.

Bununla yanaşı, Tehran xarici müdaxilənin istənilən formasının bölgə təhlükəsizliyinə mənfi təsir göstərə biləcəyi barədə narahatlığını ifadə edib:

“Xüsusilə ortaq sərhədlərimiz yaxınlığında hər hansı xarici müdaxilə bölgənin təhlükəsizliyi və sabitliyini poza bilər”.

Açıqlamada həmçinin qeyd olunub ki, İran milli hüquq və maraqlarını qorumaq üçün bütün siyasi, hüquqi və iqtisadi vasitələrdən istifadə etməkdə qərarlıdır. Tehran hesab edir ki, nəqliyyat dəhlizlərinin yaradılması və blokadaların aradan qaldırılması yalnız qarşılıqlı maraqlar, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında, xarici müdaxilə olmadan gerçəkləşərsə, bölgəyə real sabitlik və inkişaf gətirə bilər.

Rəsmi Tehran Azərbaycan və Ermənistanla ikitərəfli və regional formatlarda, o cümlədən “3+3” mexanizmi çərçivəsində əməkdaşlığı davam etdirməyə hazır olduğunu da bəyan edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Avqust 2025

09 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR