Onlayn ictimai-siyasi qəzet
Erməni politoloq Xaçik Qalstyan deyib ki, Paşinyan Əliyevin dəvətini qəbul edərək, COP-29-da iştirak üçün Bakıya gedərsə, Azərbaycanın Minsk qrupunun ləğv edilməsi üçün birgə bəyanatın verilməsi ilə bağlı istəyini yerinə yetirəcək. Bakıya getməmişdən öncə bu haqda açıqlama verəcək.
Qalstyan bildirib ki, Bakının sülh sazini imzalamaq üçün İrəvandan iki məsələnin tələb edildiyi artıq məlumdur:
“Bunlardan biri Ermənistan konstitusiyasının dəyişdirilməsi, digəri isə Minsk qrupunun buraxılması ilə bağlıdır. Ermənistan yaxın vaxtlarda Bakının Minsk qrupu ilə bağlı tələbini icra edəcək və bu formatın de-yure ləğvi haqda ərizə verəcək. Xarici İşlər Nazirliyinin son açıqlaması da bunu deməyə əsas verir. Paşinyan noyabrda keçiriləcək COP-29 tədbirində iştirak üçün Bakıya yola düşə bilər, ona qədər isə Əliyevin tələblərini icra edəcək”.
Musavat.com xəbər verir ki, bu barədə aparıcı Sevinc Telmanqızı TV Müsavat-ın canlı efirində danışıb.
Daha ətraflı videoda:
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ