İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan bu gün də velosiped sürdü - 5 saata 100 km!

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün, 27 oktyabrda da velosiped sürməsi ilə diqqət çəkib.

Musavat.com erməni mediasına istinadən bildirir ki, o, 100 km yolu 5 saata qət edib.

Paşinyan velosiped sürdüyü videonu özü yayımlayıb.

Bu gün 27 oktyabr, 1999-cu il cinayətinin 25-ci ildönümünün tamam olması da onun velosiped planını əngəlləməyib.

Paşinyan İrəvan, Masis, Vedi, Artaşat və əks istiqamətdə hətəkət edib. Bununla yanaşı, baş nazir yeni ideya irəli sürüb. Bildirib ki, biz gələn il Mehridən Baqrataşenə velosiped səfəri məsələsini müzakirə edirik. “Bu fikri bölüşmək qərarına gəldik ki, xaricdən gəlib iştirak etmək istəyənlər varsa, vaxt tapsınlar. Yaşasın velosiped! - Paşinyan qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR