İnsanlara hürriyət, millətlərə istiqlal!

"Paşinyan Azərbaycanın bütün tələblərini qəbul etməyə meyllidir"

“Tərəflər çox yaxındır”, “hələ razılaşdırılmalı olan bir neçə prinsip var, ilin sonuna kimi sənədlər imzalanmaq üzrədir” – bu tip bəyanatlar 15 ildən çoxdur ki, edilir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan parlam “Ermənistan” parlament fraksiyasının deputatı Artur Xaçatryan deyib.

Xaçatryan bir gün əvvəl Vaşinqtonda keçirilən Bayramov-Blinken-Mirzoyan görüşünə və ondan sonrakı bəyanatlara münasibət bildirib.

"Bu bəyanat mənim üçün başqa narahatlıqlar doğurur. Bu o deməkdir ki, Paşinyan Azərbaycanın bütün tələblərini qəbul etməyə meyllidir, çünki Ermənistanın istənilən tələbi Azərbaycan tərəfindən rədd edilir. Əvəzində Azərbaycan yeni tələblər irəli sürür. Dünən qeyd olunub ki, Azərbaycan yeni tələb irəli sürüb – hərbi cinayətlərin tanınması. İndi yəqin ki, əsl sülh çox uzaqdır", - deyə Xaçatryan söyləyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR