İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Almaniyaya gedəcək

Ermənistanın baş naziri Nikol Paşinyan Almaniyaya gedəcək.

Musavat.com bildirir ki, bu barədə yerli mediaya hökumətin mətbuat xidmətindən məlumat verilib.

Paşinyan fevralın 17-19-da keçiriləcək Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək.

Nazirlər Kabineti Paşinyan-Əliyev görüşünün Münhendə baş tuta biləcəyi ilə bağlı sualı cavablandırıb: “Hazırda bizdə belə bir məlumat yoxdur”.

Erməni mediası qeyd edib ki, Azərbaycan mətbuatı həmin konfransda Prezident İlham Əliyevin də iştirak edəcəyini və ola bilsin orada Ermənistan və Azərbaycan liderlərinin görüşünün keçiriləcəyini yazıb. Xatırladılıb ki, 2020-ci ilin fevralında Paşinyan Almaniyaya işgüzar səfərə gedib, orada Münhen Təhlükəsizlik Konfransının açılış mərasimində iştirak edib və Əliyevlə görüşüb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR