Onlayn ictimai-siyasi qəzet
Ermənistan sərhədçiləri avqustun 1-dən Zvartnots hava limanında xidmətə başlayacaqlar.
Musavat.com bildirir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bu gün, martın 12-də çağırılan mətbuat konfransında bildirib.
Bildirilib ki, söhbət erməni sərhədçilərinin hava limanında xidmətə başlamasından yox, yardımçı funksiyanı yerinə yetirən Rusiya sərhədçilərinin tamamilə geri çəkilməsindən gedir. “Biz belə bir qərar verdiyimizi elan etmişdik və səhv etmirəmsə, son tarix 2024-cü il avqustun 1-dir”, - deyə Paşinyan bildirib.
O əlavə edib ki, məsələ siyasi və geosiyasi xarakterli deyil, işlək xarakter daşıyır.
Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistandan müvafiq sorğunun alındığını təsdiqləyib. O, təfərrüatlara varmayıb.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ