İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan ABŞ-a gedəcək- dini tədbirə qatılır  

Ermənistanın Baş naziri Nikol Paşinyan fevralın əvvəlində ABŞ-a səfər edəcək.

Musavat.com xəbər verir ki, o, hər il təşkil olunan ənənəvi “Milli dua ziyafəti” adlı tədbirdə iştirak edəcək.

Səfər çərçivəsində ABŞ-ın yeni administrasiyasının nümayəndələri ilə görüşlərin keçirilməsi planlaşdırılmır. Tədbir daha çox mənəvi və beynəlxalq birlik mövzularına həsr olunduğundan, rəsmi siyasi müzakirələr gözlənilmir.

Qeyd edək ki, “Milli dua zəfəri” ABŞ-da müxtəlif ölkələrin liderlərini və nümayəndələrini bir araya gətirən ənənəvi tədbirdir. Bu, siyasi məsələlərdən daha çox dinlərarası dialoq və insan hüquqları mövzularını vurğulayan platforma kimi tanınır.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR