Onlayn ictimai-siyasi qəzet
Ermənistanda tanınmış siyasi partiya liderinin və iş adamının oğlu Nver Tsarukyan beynəlxalq axtarışa verilib.
Musavat.com xəbər verir ki, Ermənistan Baş Prokurorluğu hadisə ilə bağlı araşdırma başladığını açıqlayıb.
2024-cü ilin oktyabrında Tsaxkadzor kurort şəhərində yerləşən kazinolardan birində münaqişə baş verib. Məlumata görə, Tsarukyanın mühafizəçiləri və müəssisənin işçiləri arasında qarşıdurma yaranıb, silah səsləri eşidilib. Hadisədən sonra Nver Tsarukyan izini itirərək gizlənib.
Münaqişə nəticəsində "Xuliqanlıq" və "qruplaşma tərəfindən törədilmiş soyğunçuluq" ittihamları ilə cinayət işi açılıb. Məhkəmə qərarı ilə Tsarukyan qiyabi olaraq həbs edilib və onun axtarışına başlanılıb.
Qeyd edək ki, Nver Tsarukyan "Çiçəklənən Ermənistan" partiyasının lideri, iş adamı Qaqik Tsarukyanın oğludur.
Musavat.com
25 Yanvar 2025
00:33 Rusiya miqrantlara qarşı ŞANTAJ siyasətində DALANA DİRƏNƏCƏK - Üzeyir Cəfərovdan UNİKAL TƏHLİL
24 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ