İnsanlara hürriyət, millətlərə istiqlal!

Parlamentdən Fransadakı vandalizmə SƏRT ETİRAZLAR

Milli Məclisin iclasında çıxış edən deputat Tural Gəncəliyev Fransadakı anti-Azərbaycan addımlara etiraz edib.

Musavat.com-un xəbərinə görə, o qeyd edib ki, Fransada Azərbaycan şairəsi Xurşidbanu Natəvanın heykəlinin sökülməsi ilə bağlı xəbərlər var.

“Bu, Fransanın Azərbaycan mədəniyyətinə qarşı atdığı addımlardan biridir. Vaxtilə Ermənistandan bizə qarşı istifadə edən Fransa ölkəmizin mədəniyyətinə qarşı addımlar atır. İndi Azərbaycana, onun mədəniyyətinə qarşı belə irtica addım Fransanın əsil üzünü göstərmiş olur”.

T.Gəncəliyev Ermənistanı yenidən silahlandıranların məqsədlərinə nail ola bilməyəcəklərini bildirib:

“Ermənistanı yenidən silahlandıranlar revanşist qüvvələri alovlandırmaq məqsədi güdürlər, amma buna nail ola bilməyəcəklər. Təəssüflər olsun ki, vaxtilə Ermənistandan manipulyasiya aləti kimi istifadə edən, sonradan xunta rejiminin əli ilə Qarabağda xaos yaratmaq istəyən Fransa indi də Azərbaycan mədəniyyətinə qarşı, Qarabağın, mədəniyyətimizin simvolu olan Xurşidbanu Natəvana qarşı belə hərəkətlərə yol verir”. Deputatın sözlərinə görə, ironiya ondan ibarətdir ki, dünyada mədəni və qeyri-mədəni irsin qorunmasına məhsul olan UNESCO-ya ev sahibliyini Fransa edir. Bu da çox təəssüfedici haldır. “Ümumiyyətlə, Fransanın irtica siyasətini ifşa edən rıçaqlarımızı işə salmalıyıq. Fransa insan hüquqları, mədəni irslə bağlı Azərbaycana və dünyanın digər ölkələrinə dərs keçəcək sonuncu ölkədir”.

Deputat Hikmət Babaoğlu da Fransada Natavanın heykəlinin sökülməsinə etirazını bildirib:

“Hazırda Fransanın Azərbaycan mədəniyyətinə qarşı addımlarını görürük. 44 günlük müharibədə Fransa bizim əleyhimizə bəyanatlar səsləndirəndə bizdən heç kim Hüqonun əsərlərini yandırmaq niyyətinə düşməyib. Bunun səbəbi bizim mədəni xalq olmağımızdır”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR