Onlayn ictimai-siyasi qəzet
Parisdə cinsi təcavüzə uğrayan britaniyalı turistə hadisədən əvvəl narkotik maddə yeridilib.
Musavat.com xəbər verir ki, cinayət işi ilə bağlı yeni təfərrüatlar “Daily Mail”-də ortaya çıxıb.
Tabloidin yazdığına görə, 34 yaşlı britaniyalı qadın polisə bildirib ki, təcavüz edən şəxslə görüşdüyü gecə ilə bağlı heç nə xatırlamır. Lakin o, müəyyən əlamətlərə görə zorlandığını anlayıb.
Hadisə avqustun 31-də baş verib. Əcnəbi qadın dostları ilə gecə klubunda istirahət edərkən bir kişi ilə tanış olub. Səhər saat 4:00 radələrində britaniyalı qadın yeni tanışı ilə qəlyan barına gedib. Daha sonra kişi turist qadını onunla birlikdə evə getməyə şirnikləndirib və onun, qadının iddiasına görə, narkotik maddənin təsir altında olmasında istifadə edərək onu zorlayıb.
Qadın polisə 3 gündən sonra, sentyabrın 3-də müraciət edib.
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ