İnsanlara hürriyət, millətlərə istiqlal!

Parisdə naməlum şəxs 6 nəfəri bıçaqla yaralayıb

Bu gün Parisin Şimal vağzalında bıçaqla silahlanmış naməlum şəxsin hücumu nəticəsində biri polis əməkdaşı olmaqla, azı 6 nəfəri yaralanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “France-Presse” agentliyi polisdəki mənbələrə istinadla məlumat yayıb. Agentliyin məlumatına görə, hücum edən şəxs saxlanılıb.

Öz növbəsində BFM telekanalı xəbər verir ki, polis əməkdaşları cinayətkarı saxlamaq üçün odlu silahdan istifadə etməli olublar. Vağzalda qatarların yola salınması və qəbul olunması dayandırılıb.

Hadisə yerində hüquq mühafizə orqanlarının əməkdaşları işləyir, onlar insidentin başvermə şəraitini və hücum edənin motivlərini araşdırırlar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR