Onlayn ictimai-siyasi qəzet
Qırmızı meydanda 9 may paradının vizual görünüşü təntənə ilə yanaşı, həm də Rusiyanın gücünün tükənmədiyini dünyaya nümayiş etdirmək məqsədi daşıyırdı. Eyni zamanda, başda Çin lideri olmaqla 27 ölkə rəhbərinin paradda iştirakı da Qərbin Rusiyanı təcrid dövlətə çevirmək siyasətinin boşa çıxdığını rəqiblərinə göstərmək üçün Putinə bir fürsət imkanı verdi.
Musavat.com xəbər verir ki, təntənə, dəbdəbə görünən tərəf idi, amma bu, Rusiya üçün maliyyə baxımından asan başa gəlməyib.
Məsələ parada çəkilən xərc deyil, söhbət paradda iştirak etmək üçün dövlətlərə Rusiyanın keçdiyi milyard dollarlardan gedir.
2025-ci il Qırmızı Meydanda 9 may Paradın “qiyməti” müharibə aparan bir dövlət üçün nə qədər əhəmiyyətli olsa da, dünyada hələ də Rusiyadan siyasi, iqtisadi, hərbi cəhətdən asılı olan dövlətlər var və çalışacağıq ki, rəqəmlərlə mənzərəni diqqətinizə çatdıraq.
Musavat.com xəbər verir ki, Rusiya paradda iştirak edən ölkələrin ümumilikdə 50 milyard dollardan çox borcunu bağışladı. Həmin ölkələrin bəzilərinə 20 milyard dollar dəyərində güzəştli kreditlər və digər ticarət imtiyazları verilmişdi. Şübhəli layihələrə 30 milyard dollardan çox investisiya qoyulub.
Tam olaraq hansı ölkələrə və nə qədər güzəştlər, kreditlər verilib?
Verilən məlumatlara görə, Paşinyan parada gəlməsi müqabilində Putindən 237, 5 milyon dollarlıq borcunun silinməsini xahiş edib. Putin tam razılıq verməsə də, nəzərə alacağına söz verib.
Dünya bankının verdiyi məlumata görə 2023-cü ilin əvvəlinə Belarus Rusiyaya çox borcludur. Kreml Minskə 8,2 milyard dollarlıq kredit verib. Bu, hələ ümumi borcun 4/1 hissəsidir. Bu ilin mart ayında Putin fərman imzalayaraq Belarusa 7 il də borcu qaytarmamaq imkanı verib.
Tokayevin marağı “Rosatom”un Qazaxıstanda Rusiya vəsaiti hesabına atom stansiyasının tikilməsidir. AES-in dəyəri 5,47 milyard dollar təşkil edir. Tokayevin gəlişi müqabilində Rusiya bu məsələdə müəyyən güzəştlər edəcək.
Rusiya 2017-ci ilə kimi Qırğızıstanın 703,2 milyon dollar xarici borcunu silmişdi.
İndi də Qırğızıstandan olan şirkətlər Rusiya şirkətləri qarşısında 34 milyard rubl borclu durumdadır.
Düşənbənin borcu əsasən 2002-ci ildə 299,5 milyon dollar olaraq silinmişdi. Səbəb də Rusiya hərbi bazasının qalma müddətinin uzadılması idi. Tacikistanın dövlət enerji holdinqi “Barki Toçik” Rusiyaya 320 milyon dollar borcludur. İmaməli Rahmonun parada gəlişi borcun bir hissəsinin silinməsi qarşılığında olduğu barədə də məlumatlar yayılıb.
2014-cü ildə Rusiya Özbəkistanın 890 milyon dollarlıq borcunun 95% -ni silmişdi. İndi isə Daşkəndin Moskva qarşısında borcu 254,7 milyon dollar təşkil edir. Özbəkistan prezidentinin parada gəlişində yeni kredit xahişi ilə müraciət etditi iddia olunur.
Aleksandr Vuçiçin gəlişində isə borc və ya kredit deyil, siyasi və ticarət hədəfləri var. Serbiya cəmiyyətinin əsasən rusiyayönümlü olduğunu bildiyindən dividendlər qazanmağı düşünən dövlət başçısı, xəstə ola-ola parada gəlişinin Kreml tərəfindən qiymətləndiriləcəyini və Serbiyadan 800 milyon dollarlıq silah-sursat alacağına ümid edir.
Putin Efiopiyanın SSRİ-yə olan 5,9 milyard dollarlıq borcunu silib. Ölkənin lideri Selassienin yeni kredit almaq üçün paradı bəhanə etməsinə şübhə edən yoxdur.
İqtisadi baxımdan Rusiyadan tam asılı olan bu separatçı rejim son 15 ildə 130 milyard rubl maliyyə dəstəyi alıb.
Rusiyadan tam asılı bir separatçı rejimdir. Qələbə günü münasibətilə Putin Cənubi Osetiyanın hər bir kəndinə və hər bir məktəbinə ehtiyat fondundan 1 milyon rubl ayırıb.
Türkmənistan Rusiyanın qaz bazarına qayıtmaq istəyir (müqavilə 2024-cü ildə uzadılmayıb). Məsələnin qiyməti ildə təxminən 550 milyon dollar təşkil edir. Müqavilənin 5 il müddətinə uzadılması (danışıqlar davam edir) Rusiyaya baha başa gələcək - təxminən 2,75 milyard dollar və yerli istehsalın eyni məbləğdə azalması.
Venesuelanın Rusiyaya borcu 3,15 milyard dollar təşkil edir. Bundan başqa, RF Venesuelaya 4 milyard dollarlıq kreditə silah satıb. Parada görə Rusiyaya bu məbləğ də baha başa gələ bilər.
Rusiya kredit olaraq 2,5 milyard dollar dəyərində Misirdə Atom Elektrik Stansiyası tikmək istəyir.
Afrika ölkəsinin Rusiyaya borcu 170 milyon dollardır.
Kuba nümayəndə heyətinin Moskvadakı parada səfərinin yol pulu da Rusiyanın hesabına baş tutub. Kubanın Rusiyaya olan borcunun məbləği 277 milyon ABŞ dollarıdır. 2014-cü ildə Rusiya Kubanın SSRİ dövründən qalan borcunun 31,7 milyard dollarını və ya məbləğin 90%-ni silib. Borcdan əlavə, Rusiya daim Kubaya müxtəlif pulsuz yardımlar göstərir. 2024-cü ildə Rusiya Kubaya 62 milyon dollar dəyərində 80 min ton dizel yanacağı və enerji böhranı ilə əlaqədar avadanlıq yardım edib.
2003-cü ildə Rusiya Laosun 1,3 milyard dollar borcunu silib.
2003-cü ildə Rusiya Monqolustanın 11,1 milyard dollar borcunu siləndən sonra 2010-cu ildə də 180 milyon dollar borcundan imtina edib.
Paradda iştirak edən digər dövlətlərin də qeyd etdiyimiz kimi Rusiyadan iqtisadi asılılığı və ya Çin kimi dövlət üçün də siyasi, iqtisadi gözləntiləri var. Çin və Rusiyanın bu qədər yaxınlaşması pozulmuş dünya düzəninin qlobal düzənsizlik mərhələsinə daxil olduğunun göstəricisidir. 80 illik düzəni ABŞ qoruyurdusa, bu gün onu pozan da prezident Donald Trampdır.
Musavat.com
10 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ