Onlayn ictimai-siyasi qəzet
Pakistan hökuməti özünün ilk strateji "Bitcoin" ehtiyatını yaratdığını rəsmən elan edib.
Musavat.com xəbər verir ki, bu sensasion bəyanat Las Veqasda keçirilən “Bitcoin 2025” illik kriptovalyuta və blokçeyn texnologiyalarına həsr olunmuş beynəlxalq konfransda səsləndirilib.
Maliyyə naziri müşaviri və ölkənin Kriptovalyuta Şurasının rəhbəri Bilal Bin Sakib bildirib: “Bu gün çox tarixi bir gündür. Mən rəsmi şəkildə açıqlayıram ki, Pakistan hökuməti özünün strateji Bitcoin ehtiyatını yaradır".
Onun sözlərinə görə, bu addım kriptovalyutaların inkişafına və ölkənin maliyyə suverenliyinə böyük töhfə verəcək. Hökumətin mövqeyi isə aydındır: əldə olunan "Bitcoin" ehtiyatları yalnız saxlanılacaq, satılmayacaq.
Qeyd edək ki, bir qədər əvvəl ABŞ prezidenti Donald Tramp ölkədə “strateji Bitcoin ehtiyatı”nın yaradılması ilə bağlı fərman imzalamışdı. Bu layihə Amerika mediasında “virtual Fort-Noks” kimi tanınıb. İndi isə Pakistan da bu istiqamətdə addım atan ilk müsəlman ölkəsi kimi tarixə düşür.
Musavat.com
31 May 2025
04:44 Türkiyə və Britaniyanın XİN rəhbərləri Ukraynada müharibənin dayandırılmasını müzakirə ediblər
30 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ