Onlayn ictimai-siyasi qəzet
Pakistan sınaqlar zamanı qürurla Azərbaycanın yanında olub və ölkənin suverenliyinə, ərazi bütövlüyünə güclü dəstək verməkdə davam edəcək.
Musavat.com xəbər verir ki, bu fikirlər Pakistan Prezidenti Asif Əli Zərdarinin Azərbaycan Prezidenti İlham Əliyevə 28 May – Müstəqillik Günü münasibətilə ünvanladığı təbrik məktubunda qeyd edib.
Dövlət başçısı vurğulayıb ki, son 30 ildə ölkələr arasında qardaşlıq münasibətləri xüsusilə iqtisadiyyat və ticarət, mədəniyyət, təhsil, eləcə də müdafiə sahələrində dərinləşən çoxsahəli əməkdaşlıq əsasında möhkəmlənib:
"Bu müsbət tendensiyanı davam etdirmək və ikitərəfli əlaqələri yeni zirvələrə yüksəltmək niyyətindəyik. Zati-alinizin Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunması istiqamətində şəxsi səylərini və qətiyyətini yüksək qiymətləndirirəm. Milli bayramınız - Müstəqillik Günü münasibətilə Sizə və qardaş Azərbaycan xalqına səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram. Cənab Prezident, Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı inkişaf və firavanlıq diləyirəm".
26 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ