İnsanlara hürriyət, millətlərə istiqlal!

Pakistan nümayəndə heyəti Azərbaycan HDQ-ni ziyarət edib

Pakistanın Hərbi Dəniz Qüvvələri (HDQ) Akademiyası rəisinin müavini kontr-admiral Ehsan Ahmed Xanın rəhbərlik etdiyi nümayəndə heyəti və Akademiyanın “Hərbi Dəniz Qüvvələri Qərargah kursu"nun dinləyiciləri Azərbaycan HDQ-ni ziyarət ediblər.

Musavat.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əvvəlcə qərargahda keçirilən görüşdə Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanının birinci müavini - qərargah rəisi 1-ci dərəcəli kapitan Teymur Mürşüdov Azərbaycanın dünyanın aparıcı dəniz qüvvələrinə malik ölkələri ilə əməkdaşlığında Pakistanın dəniz donanmasının xüsusi yeri olduğunu qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran bir çox məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Kontr-admiral Ehsan Ahmed Xan protokola uyğun olaraq, "Şərəf kitabı"nı imzalayıb. Sonra qonaqlara HDQ-də icra edilən fəaliyyətlərlə bağlı brifinq təqdim edilib, onları maraqlandıran suallar cavablandırılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR