İnsanlara hürriyət, millətlərə istiqlal!

Pakistan Ali Məhkəməsi: İmran Xan dərhal azadlığa buraxılmalıdır

Pakistanın Ali Məhkəməsi keçmiş baş nazir İmran Xanın həbsinin qanunsuz olduğuna qərar verib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə yerli Geo TV telekanalı məlumat yayıb.

Xatırladaq ki, bu həftənin çərşənbə axşamı İmran Xan “Əl-Qədir” adı verilən işlə bağlı Milli Hesabat Bürosu (İqtisadi Kəşfiyyat) tərəfindən saxlanılıb. Prokurorların bildirdiyinə görə, o, həyat yoldaşı və partiyasının liderləri ilə birlikdə çirkli pulların yuyulması işində günahlandırılır. Gələn iddialara əsasən, keçmiş baş nazirin yaxınları İslamabadda yerləşən “Bahria Town” adlı daşınmaz əmlak şirkətindən 5 milyard rupi və onlarla hektar torpaq alıb. Firma və partiya rəhbərliyi arasında baş tutan bu sövdələşmə nəticəsində dövlətə 50 milyard rupi zərər vurulduğu deyilir. Bu həftənin çərşənbə günü İslamabad məhkəməsi İmran Xanı səkkiz gün müddətinə həbs edib.

Xandan başqa, Pakistan polisi “Təhrik-i-İnsaf” partiyasından baş nazir müavinləri Fəvad Çaudri və Şah Mahmud Qureşi, eləcə də partiyanın baş katibi Əsəd Öməri saxlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR